Azərbaycandakı mobil operatorlar ötən il 1 milyard manat gəlir əldə edib

2021-ci ildə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2020-ci illə müqayisədə 6,1 % artaraq 2384,2 milyon manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu xidmətlərin 75,8 %-ni əhali istehlak edib.

Xidmətlərdən əldə edilən gəlirin 41,2 %-i və yaxud 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Digər xəbərlər