2023-cü ildə Azərbaycanda 655 əyani ümumtəhsil məktəbinin internetdə veb səhifəsi olub.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilə nisbətən 88 ədəd və yaxud 12 % azdır.
Veb səhifəsi olan təhsil ocaqlarının 43-ü (bir il əvvələ nisbətən 12 ədəd az) ibtidai, 77-si (4 ədəd az) ümumi orta, 535-i (72 ədəd az) isə tam orta məktəbdir.
Hesabat dövründə elektron poçta malik 4 266 məktəb olub ki, bu da illik müqayisədə 1 013 ədəd və ya 31 % çoxdur. Onların 244-ü (121 ədəd çox) ibtidai, 732-si (237 ədəd çox) ümumi, 3 290-ı (655 ədəd çox) isə tam orta məktəbdir.
Ötən il lokal şəbəkəyə malik məktəblərin sayı 47 ədəd və ya 2,6 % artaraq 1 851-ə çatıb. Bunların 3-ü (1 ədəd az) ibtidai, 145-i (2 ədəd çox) ümumi və 1 703-ü (46 ədəd çox) tam orta məktəbdir.