Azərbaycanda stolüstü kompüter istehsalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 801 ədəd noutbuk istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Hesabat dövründə ölkədə 458 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da bir il əvvəlki göstəricidən 28,5 % azdır.

Təkcə martda 17 ədəd noutbuk və 32 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, əvvəlki aya nisbətən müvafiq olaraq 94,7 % və 83,6 % azdır.

Digər xəbərlər