Bu ilin fevral ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti ötən ilin eyni dövrünə nisbətən 0,5 % çox olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-fevral aylarında isə adıçəkilən xidmətlər bir il əvvəlki dövrə nisbətən 0,9 % bahalaşıb.
Bundan başqa, ötən ay İKT xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,3 % azalıb. 2 ayda ucuzlaşma isə 0,5 % təşkil edib.
Rabitə xidmətlərinin qiyməti isə həm aylıq, həm də illik müqayisədə 0,5 % artıb.