Azərbaycanda planşetlərdə "Android”in bazar payı martda 10 %-dən çox azalıb

Bu ilin mart ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 80,32 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi xəbərə görə, bu, fevral ayına nisbətən 0,3 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,67 faiz bəndi azdır.

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 0,4 faiz bəndi azalaraq və illik müqayisədə 2,73 faiz bəndi artaraq 19,09 % olub.

Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 9,21 faiz bəndi azalaraq və illik müqayisədə 3,41 faiz bəndi artaraq 79,04 % təşkil edib. Bu isə "Android”in bazar payının 10,4 % azalmasını göstərir.

Həmin cihazlarda “İOS”un bazar payı 20,96 % təşkil edib ki, bu da aylıq müqayisədə 9,23 faiz bəndi çox, illik isə 3,17 faiz bəndi azdır.

Digər xəbərlər