Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 125,9 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 % çoxdur.
Təkcə noyabrda isə adıçəkilən xidmətlərdən 122 milyon manat gəlir əldə edilib ki, bu da 1 il əvvələ nisbətən 23 % çoxdur.