Azərbaycanda mobil rabitə gəlirləri 4 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 194,8 milyon manat gəlir əldə edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 % çoxdur.

Təkcə fevralda isə adıçəkilən xidmətlərdən 91,6 milyon manat gəlir əldə edilib ki, bu da 1 il əvvələ nisbətən 0,8 % çoxdur.

2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.

Digər xəbərlər