Bu ilin yanvar ayında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 103,2 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,2 % çoxdur.
Hesabat ayında informasiya və rabitə xidmətlərində əldə edilən gəlirin 37,7 %-i mobil telefon rabitəsinin payına düşüb.
2024-cü ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 235 milyon manat gəlir əldə edilib. Bu, 2023-cü illə müqayisədə 6,7 % çoxdur.