Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 800,9 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Təkcə avqustda isə adıçəkilən xidmətlərdən 110,2 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 10,2 % çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.