Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə müəssisələri 273,5 milyon manat dəyərində xidmət göstərib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 82,8 %-i qeyri-dövlət sektorunun payına düşüb, 73 %-i isə əhali sektoruna aid olub.
2024-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2023-cü ilə nisbətən 11,4 % artaraq 3 milyard 601,7 milyon manat olub.