Bu ilin yanvar-iyul aylarınıda Azərbaycanda informasiya və rabitə müəssisələri 1 715,3 milyon manatlıq xidmət göstərib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 % çoxdur.
7 aylıq xidmətlərin 75,8 %-i əhali sektoruna aid olub, 38,2 %-i və yaxud 654,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.