Bu ilin yanvar ayında Azərbaycanda informasiya və rabitə müəssisələri 258,2 milyon manatlıq xidmət göstərib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 % çoxdur.
Ötən iay xidmətlərin 70,7 %-i əhali sektoruna aid olub, 37,4 %-i və yaxud 96,6 milyon manatı mobil rabitə sahəsində formalaşıb.