Bu ilin mart ayında Azərbaycanda poçt və kuryer xidmətlərinin qiyməti, əvvəlki aya nisbətən 0,1 %, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % artıb.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-mart aylarında adıçəkilən xidmətlər bir il əvvəlki dövrə nisbətən 0,8 % bahalaşıb.
Bundan başqa, ötən ay İKT xidmətlərinin qiyməti 1 il əvvəllə müqayisədə 0,2 %, I rübdə isə (illik müqayisədə) 0,4 % azalıb.
Rabitə xidmətlərinin qiyməti müvafiq olaraq 3 % və 0,4 % artıb.