Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 632 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 % çoxdur.
Təkcə sentyabr ayında isə bu sektorda 203 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,6 % çoxdur.
İnformasiya və rabitə sahələrinin ÜDM-də payı 1,8 % təşkil edib.
Xatırladaq ki, bu ilin ilk 9 ayında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çox ümumi daxili məhsul istehsal olunub.