Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda 2 milyard 37 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.
Təkcə noyabrda isə bu sektorda 208 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 11,2 % çoxdur.
11 ay ərzində sektorun ÜDM-də payı 1,8 % təşkil edib.
Xatırladaq ki, ötən ilin ilk 11 ayında Azərbaycanda 113 milyard 282,4 milyon manatlıq və yaxud 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox ümumi daxili məhsul istehsal olunub.