Ötən il Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda 2 milyard 399,5 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11,4 % çoxdur.
Təkcə dekabrda isə bu sektorda 362 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 33 % çoxdur.
12 ay ərzində sektorun ÜDM-də payı 1,9 % təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 % çox ümumi daxili məhsul istehsal olunub.