Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sektorunda 1 milyard 238,6 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 % çoxdur.
Təkcə iyulda isə bu sektorda 204,5 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki aya nisbətən 7,3 %, ötən ilin eyni dövrünün göstəricisindən 15 % çoxdur.
Xatırladaq ki, bu ilin ilk 7 ayında Azərbaycanda 70 milyard 544 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çox ümumi daxili məhsul istehsal olunub.