Azərbaycanda İKT sektorunda göstərilən xidmətlərin dəyəri martda 12 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 766,4 milyon manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 83,5 %-i qeyri-dövlət sektorunun payına düşüb, 74,1 %-i isə əhali sektoruna aid olub.

Təkcə martda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri isə 261,4 milyon manat olub ki, bu da əvvəlki aya nisbətən 6 %, ötən ilin eyni dövrünün göstəcisindən 12 % çoxdur.

Digər xəbərlər