Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin dəyəri 505 milyon manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9,4 % çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83,5 %-i qeyri-dövlət sektorunun payına düşüb, xidmətlərin 71 %-i isə əhali sektoruna aid olub.
Təkcə fevral ayında informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 246,8 milyon manat olub ki, bu da əvvəlki aya nisbətən 4,4 % azdır.