2025-ci ildə Azərbaycanda ev təsərrüfatlarının İKT xərclərinin 40,1 %-i informasiya və kommunikasiya xidmətlərinin alınması ilə bağlı olub.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, bir il əvvəlki göstəricidən 1 faiz bəndi azdır.
Bildirilir ki, ev təsərrüfatlarının İKT xərclərinin 20,9 %-i (3 faiz bəndi çox) informasiya və kommunikasiya avadanlıqlarının alınmasının, 4,5 %-i (1,7 faiz bəndi az) proqram təminatının alınmasının, 2,5 %-i (0,1 faiz bəndi az) elektron oyunlar, oyuncaqlar, oyun aksesuarlarının alınmasının, 32 %-i (0,2 faiz bəndi az) digərlər alışların payına düşüb.