Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələri arasında görüş keçirilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, görüşdə radiospektr idarəçiliyi, şəbəkə dayanıqlığı, fövqəladə hallarda qarşılıqlı məlumat mübadiləsi, eləcə də sosial media platformalarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələrin icrası barəsində razılığa gəliblər.

Digər xəbərlər