Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 652 ədəd noutbuk, 1 540 ədəd stolüstü kompüter istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 17 % az və 3,6 dəfə çoxdur.
Təkcə fevralda isə ölkədə 100 ədəd noutbuk və 1 280 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 69 % az və 6,6 dəfə çoxdur.
2024-cü ildə Azərbaycanda 1 715 ədəd noutbuk, 2 139 ədəd stolüstü kompüter istehsal edilib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 3 dəfə çox və 43,3 % azdır.