Azərbaycanda daha bir voleybol klubu yaradılıb

Bakı. 25 iyul. REPORT.AZ/ Vergilər Nazirliyində “Şimşək Voleybol Klubu” MMC qeydiyyatdan keçib.

“Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Nizamnamə kapitalı 3 manat olan klubun hüquqi ünvanı Yevlax şəhəri, Azərbaycan prospekti 3 ünvanıdır. Bu il iyunun 4-də dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Fərhad Kərim oğlu Yusubovdur.

Digər xəbərlər