Bakıda cüdo məşqçilərinin peşəkar inkişafı üçün xüsusi proqram təşkil ediləcək

Bakıda cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı həyata keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib.

Sentyabrın 30-da start götürəcək və altı gün davam edəcək proqram çərçivəsində təcrübəli yerli mütəxəssislərin nəzəri və praktiki sessiyaları təşkil olunacaq.

Tədbir cüdo üzrə Milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq.

İştirak üçün müraciət edən ilk 30 məşqçi peşəkar inkişaf proqramına qəbul olunacaq. Bu proqram Beynəlxalq Cüdo Federasiyası Akademiyasında təhsil almaq istəyən məşqçilər üçün önəmlidir. Proqramı uğurla başa vuran məşqçilərə sertifikat təqdim olunacaq.

Digər xəbərlər