Rahim Sterlinq 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib

İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq təhlükəli avtomobil idarə etdiyinə görə 12 ay müddətinə şərti azadlıqdan məhrum edilib.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, müvafiq qərar bu gün Beyzinqstok Magistratura Məhkəməsində qəbul olunub.

31 yaşlı futbolçuya 18 ay sınaq müddəti təyin edilib. O, həmçinin 100 saat ictimai işlər görməli olacaq. Sterlinqə iki il müddətinə avtomobil idarə etmək qadağan olunub.

Qeyd edək ki, futbolçu mayda yol-nəqliyyat hadisəsinə düşüb. O, sentyabr ayında təhlükəli avtomobil idarə edib və analiz üçün nümunə verməkdən boyun qaçırıb.

Hazırda klubsuz olan Sterlinq son olaraq Niderlandın "Feyenoord" kollektivində çıxış edib. O, karyerası ərzində İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Arsenal" komandalarının formasını geyinib.

İngiltərə millisinin heyətində 82 oyun keçirən futbolçu 20 qola imza atıb.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05