"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
"Report"un məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"dakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:7.
Xatırladaq ki, əvvəlki dörd matçın hamısında məğlub olan U-19 sonuncu-36-cı pillədə qərarlaşıb.