Frenki de Yonq: "Sabah" kifayət qədər yaxşı futbol sərgiləyən komandadır"

"Sabah" kifayət qədər yaxşı futbol sərgiləyən komandadır.

"Report" xəbər verir ki, bunu İspaniyanın "Barselona" klubunun futbolçusu Frenki de Yonq UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Yarımmüdafiəçi meydana qələbə üçün çıxacaqlarını söyləyib:

"Rəqibi təhlil edərkən düşünürəm ki, "Sabah" adətən müdafiədən hücuma çıxmağa çalışan, hücumları arxadan quraraq oynayan və kifayət qədər yaxşı futbol sərgiləyən komandadır. Biz isə həmişə olduğu kimi, qələbə qazanmaq üçün yaxşı oyun nümayiş etdirməliyik".

Qeyd edək ki, "Sabah" - "Barselona" matçı noyabrın 25-də Bakı Olimpiya stadionunda, saat 21:45-də start götürəcək.

Digər xəbərlər