Bakı. 24 mart. REPORT.AZ/ Futbol üzrə 19 yaşa qədər qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində bu gün Krasnodar vilayətinin yığma komandası ilə qarşılaşıb.
"Report"un məlumatına görə, görüş yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin qollarını Merve Özdemir və Vüsalə Seyfətdinova vurub.