Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.
"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidləri Faiq Qasımov, Babək Allahverdiyev, Turqut Xəlilbəyli, İslam Eyvazov, Adəm Əliyev, İlkin Quliyev və Bəhruz Əhmədovun xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları eləcə də döyüş yoldaşları iştirak ediblər.
Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib
Digər xəbərlər
Bum sərhəd komendantlığı xidməti istifadəyə verilib
19 noyabr, 2026 / 13:25
Sofiyada Azərbaycan və Bolqarıstan hərbçiləri arasında işçi görüşü keçirilib
19 noyabr, 2026 / 10:13
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
18 noyabr, 2026 / 18:34
Eternity-2026 təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər
18 noyabr, 2026 / 09:06
Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
17 noyabr, 2026 / 18:39
Azərbaycan və Gürcüstan arasında hərbi təlimlərin keçirilməsi müzakirə edilib
17 noyabr, 2026 / 17:08
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycana səfər edib
17 noyabr, 2026 / 16:36
Azərbaycan və Gürcüstan orduları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib
17 noyabr, 2026 / 16:16
MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib
16 noyabr, 2026 / 17:28
Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib
16 noyabr, 2026 / 11:17
Dövlət sərhədini pozmağa cəhd edən paratrike uçuş aparatı zərərsizləşdirilib
16 noyabr, 2026 / 08:51
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
15 noyabr, 2026 / 14:22
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
14 noyabr, 2026 / 11:00
Zakir Həsənov helikopter qəzasına görə Yaşar Gülərə başsağlığı verib
13 noyabr, 2026 / 11:03
Eternity-2026: Azərbaycan, Gürcüstan və Türkiyənin birgə hərbi təlimi başlayıb
13 noyabr, 2026 / 10:01
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
12 noyabr, 2026 / 17:49
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib – Yenilənib
09 noyabr, 2026 / 13:00
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib - Yenilənib
09 noyabr, 2026 / 12:07
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
08 noyabr, 2026 / 22:10