Azad olunan ərazilərdə son iki həftə ərzində 185 mina zərərsizləşdirilib

Azad olunan ərazilərdə noyabrın 2-dən 15-dək 33 tank əleyhinə mina, 152 piyada əleyhinə mina, 1343 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1459.5 hektar ərazi minalardan təmizlənib.

Digər xəbərlər