Naxçıvan şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantları iştirak edirlər.
Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər Parkında başa çatması nəzərdə tutulub.