​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Oktyabrın 28-dən 30-dək Budapeşt şəhərində (Macarıstan) ilkin tibbi yardım zabitlərini hazırlayan təlimatçılar üçün simpozium və Doha şəhərində (Qətər) "Yırtıcı Şahin – 2015" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Digər xəbərlər