Zaqatala rayonunda minik avtomobili aşıb, ölən və yaralanan var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Suvagil kəndində qeydə alınıb.
Belə ki, "Chevrolet" markalı minik avtomobilinin aşması nəticəsində 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.