Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var

Lənkəranda ağır yol qəzası olub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Lənkəran şəhərindən keçən hissəsində, "Ləvəngi dairəsi" adlanan ərazidə baş verib.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, Xalça fabrikinin hasarına çırpılıb. Nəticədə avtomaşında yanğın baş verib. Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri, Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürüldükdən sonra xilasedicilər deformasiyaya üğramış avtomobildən 1 nəfərin meyitini və iki yaralını çıxarıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56