Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun keçmiş müavini Azad Balayevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb.

Növbəti iclas dekabrın 11-nə təyin edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azad Balayev 2026-cı ildə saxlanılıb. O, Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü ( (külli miqdarda törədildikdə) və 32.5,311.3.2-ci maddələri üzrə ittiham olunur. Azad Balayev 2007-2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Digər xəbərlər

Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56