Yevlaxda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb

Bakı-Qazax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə magistralın Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən biri idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin 3 üzvü - 2004-cü il təvəllüdlü Araz Əkbər oğlu Abdullayev, 1983-cü il təvəllüdlü Saygül Heybət qızı Abdullayeva və 1974-cü il təvəllüdlü Əkbər Abdullayev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54