Balakəndə 66 yaşlı kişi bıçaqlanıb, qardaşı şübhəli bilinir

Balakəndə 66 yaşlı kişi bıçaq xəsarəti alıb.

"Report" xəbər verir ki, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov sinəsindən bıçaq xəsarəti alıb.

Ona xəsarət yetirməkdə qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər