Yevlaxda avtomobil yük maşını ilə toqquşub, iki nəfər ölüb

Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes Vito"nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb.

Avtomobildə olan digər sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər