Xızıda yol qəzası baş verib, 2 nəfər ölüb

Bakı. 24 yanvar. REPORT.AZ/ Xızı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, rayonun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.

Xızı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37