FHN: Bayramlarla əlaqədar qeyri-iş günlərində 72 yanğına çıxış olub, 4 meyit tapılıb

Bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 72 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 18 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37