Şəmkir rayonunun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində, Qədimqala kəndi istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb.
Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.