İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib.

Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər