Xızıda yol kənarından çürümüş kişi meyiti tapılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində naməlum kişi meyiti tapılıb.

"Report" xəbər verir ki, meyit Bakı-Quba yolunun Xızı rayonu ərazisinə düşən hissəsində, yol kənarında olan quyuda aşkar edilib.

Çürümüş vəziyyətdə olan meyit rayon polis şöbəsinin əməkdaşları tərəfindən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ekspertlər meyitin orta yaşlı kişiyə aid oduğunu müəyyən ediblər. Hazırda onun hansı səbəbdən öldüyü araşdırılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37