Xəzər dənizində 2 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26