Bakı. 15 sentyabr. REPORT.AZ/ Xaçmaz şəhərində evdən oğurluq edən qadın tutulub.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də rayon ərazisindəki evlərdən birindən 1000 ABŞ dolları və 7500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini Əfsanə Alışova tutulub.
Faktla bağlı araşdırma aparılır.