Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlanan var 

Tovuz rayon Abulbəyli kəndində yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Yusibov Fərhad mübahisə zəminində bıçaqlanıb.

O, ağır halda Tovuz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər

Naxçıvanda mebel sexi yanıb 11 fevral, 2026 / 16:56