Tovuzda avtomobil qəzası olub, ata və oğlu xəsarət alıb 

Tovuz şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1971-ci il təvəllüdlü Etibar Mehdizadə və onun oğlu, 2000-ci il təvəllüdlü Sərdar Mehdizadə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39