Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb

Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.

Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14