Tanınmış tiktoker həbs edilib

Sosial şəbəkədə "Pa jizni Cesi" səhifəsi işlədən 1998-ci il təvəllüdlü Cəsarət Cavadov saxlanıb.

"Report"un xəbərinə görə, səbəb sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıqca hörmətsizlik edən, mənəvi dəyərlərə zidd davranışlar nümayiş etdirilməsidir.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində tanınmış tiktokerin barəsində məhkəmənin qərarı ilə 60 sutka inzibati qaydada həbs qərarı verilib.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49