Tağıyev qəsəbəsində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 24 sentyabr 2026-cı il tarixində dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 1944-cü il təvəllüdlü İsgəndərov Fərhad Məsim oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47